AZ

"İmtahana gecikməyə görə məsuliyyəti valideyn daşıyır, DİM yox"

"İmtahan zamanı tıxacda qalan, vəsiqəsini unudan, imtahan yerinə səhv gedən və s kimi problemlərə görə bütün məsuliyyəti valideyn daşıyır, DİM yox". 

Ucnoqta.az xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert ramin Nurəliyev bildirib. Ekspert qeyd edir ki, DİM kiminsə səhlənkarlığına görə əlavə vaxt təyin etmir, etməsi də doğru deyil: 
"Kimsə də bunu gözləməsin. Yolların tıxac olmasını düşünənlər 1 saat tez çıxsın evdən, vəsiqəsini götürməyənlər məsuliyyətli olsun. 
Uşağınızın gələcəyini səhlənkarlıqlarımıza qurban verməyək, dəyərli valideynlər!".

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli isə bildirib ki, Dövlət İmtahan Mərkəzi ölkəmizdə təşkil ediləcək WUF13 tədbirləri öncədən aidiyyəti dövlət qurumları ilə koordinasiya, magistratura 2-ci cəhd imtahanın tarixinə düzəliş/dəyişiklik etməli olduğunu qeyd edib. 
"Buna risklərin idarə edilməsi deyilir.  Bu formada imtahan təşkil etmək və insanların çətin vəziyyətə salmağa görə tam məsuliyyət Dövlət İmtahan Mərkəzin üzərinə düşür". 

Seçilən
74
ucnoqta.az

1Mənbələr