AZ

Dronlar Moskvanın kabusuna çevrildi

Hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rusiyanın bölgələri üzərində 556 Ukrayna dronunu, o cümlədən Moskvaya yaxınlaşan 100-dən çox PUA-nı məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və Moskva meri Sergey Sobyanin məlumat verib. Uçuş təhlükəsizliyini təmin etmək üçün Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, 93 uçuş təxirə salınıb və Şeremetyevodan daha iki uçuş Nijni Novqoroda yönləndirilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva bölgəsindəki ən böyük dron hücumlarından biri nəticəsində üç nəfərin öldüyünü və beş nəfərin yaralandığını bildirib. Ximkidə dron şəxsi evə dəydikdən sonra bir qadın ölüb, daha bir nəfər isə dağıntılar altında qalıb. Mıtişidəki Poqorelki kəndində isə vurulan dronun qalıqları tikilməkdə olan evin üzərinə düşüb və nəticədə iki kişi ölüb.

Seçilən
78
publika.az

1Mənbələr