AZ

Rusiya WUF13 də şəhərlərin dayanıqlı inkişafına sadiqliyini bəyan edib

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya şəhərlərin dayanıqlı inkişaf məqsədlərinə nail olmağa sadiq qalır və mənzil tikintisi sahəsində genişmiqyaslı layihələrin icrasını davam etdirir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin təmsilçisi WUF13 çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, tikinti sahəsi ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biridir.

"Bütün ölkə ərazisində yeni yaşayış məhəllələri, sosial strukturlar tikilir, kommunal qurğular modernləşdirilir, ictimai məkanlar yaradılır", - o bildirib.

Rusiya nümayəndə heyətinin təmsilçisi qeyd edib ki, ölkə yaşayış üçün infrastrukturun yaradılması ilə bağlı genişmiqyaslı milli layihələr həyata keçirir.

"Son 5 il ərzində biz təxminən 650 milyon kvadratmetr yaşayış sahəsi inşa etmişik", - o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
baku.ws

2Mənbələr