AZ

"Fənərbaxça"nın ulduzuna elçi düşdülər -

"Fənərbaxça"nın yarımmüdafiəçisi Oğuz Aydın doğma komandadan ayrıla bilər. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV çempionatı altıncı sırada başa vuran "Göztepe"nin sarı-lacivərdli futbolçunun xidmətində maraqlı olduğunu yazıb. Xəbərdə "Göztepe"nın baş məşqçisi Satanimir Stoilovun Oğuzun alınması üçün rəhbərliyə təzyiq etdiyi bildirilir. Qeyd edək ki, Oğuz Aydının 25 yaşı var. O, "Fənərbaxça" forması ilə 38 rəsmi matça çıxıb və 3 qolun ötürməsini verib.

"Fənərbaxça" rəhbərliyinin İzmir təmsilçisindən gələn təklifə isti yanaşdığı bildirilir.

Seçilən
22
metbuat.az

1Mənbələr