AZ

Bəhreyndə şəhərsalma prosesinə 72 qadın mütəxəssis cəlb olunub

BAKI, 17 may. TELEQRAF

"Bəhreyndə qadın və qızların cəmiyyətə töhfəsinin artırılmasına xüsusi diqqət yetirilir. Hətta qadınların gücləndirilməsi istiqamətində hökümət səviyyəsində mühüm addımlar atılır”.

Teleqraf xəbər verir ki, bunu Bəhreyn nümayəndəsi Amna Əhməd Al Rumaihi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində deyib.

“Bizdə Qadınlar Şurası fəaliyyət göstərir. Milli inkişaf strategiyasında qadınların gücləndirilməsi və urban planlaşdırmada iştirakına xüsusi yer ayrılıb. Səhiyyə və təhsil sektorlarında qadın və qızlara yaxından dəstək göstərilir. Biz qadınlara və analara dəstək veririk.

Şəhərsalma prosesinə urban planlaşdırma üzrə 72 qadın mütəxəssis cəlb olunub. Komandamızın 90 faizini qadınlar təşkil edir. Onlar iş prosesində fəal iştirak edirlər. Məqsədimiz onların rifah səviyyəsinin artırılması və qadınlar üçün təhlükəsiz mühitin yaradılmasıdır”, – o bildirib.

Seçilən
32
teleqraf.com

1Mənbələr