AZ

Deputat Azər Allahverənov Türkiyə QHT lərinin təmsilçiləri ilə görüşüb

ain.az bildirir, Newscenter.az portalına istinadən.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Türkiyə Respublikasından olan nümayəndə heyəti ilə görüşüb. Newscenter.az xəbər verir ki, görüşdə İstanbul Okan Universitetinin Mütevelli Heyətinin üzvü, sabiq səfir Hulusi Kılıç, Dünya Türk Gəncləri Birliyinin başqanı, Mütevelli Heyətinin sədri Ersin Güzel, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin prezidenti Dr. İlyas Demirci, PROYAPI Mühəndislik və Məsləhətçilik A.Ş.-nin İdarə Heyətinin sədr müavini Akif Aygen, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə heyətinin sədri Ramil İsgəndərli və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ülvi Məmmədəliyev iştirak edib. Görüşü giriş sözü ilə açan millət vəkili Azər Allahverənov rəhbərlik etdiyi Platformanın fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, müasir dövrdə Türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi, ortaq dəyərlər və maraqlar ətrafında birgə fəaliyyətin təşviqi Türk dünyasında həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verir. Deputat qeyd edib ki, Katiblik tərəfindən həyata keçirilən layihələr, beynəlxalq forumlar və müxtəlif təşəbbüslər qeyri-hökumət təşkilatları arasında koordinasiyanın artırılmasına, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına və vahid əməkdaşlıq platformasının formalaşmasına xidmət edir.Türkiyədən olan nümayəndə heyəti isə görüşdən məmnun qaldıqlarını ifadə edərək, göstərilən səmimi qəbula və məhsuldar fikir mübadiləsinə görə millət vəkili Azər Allahverənova xüsusi təşəkkürlərini bildirərək, Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti platformaları çərçivəsində də uğurla inkişaf etdiyini qeyd edib, Azərbaycan ilə qardaşlıq münasibətlərinin və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.Qlobal Cənub QHT Platformasının fəaliyyəti barədə danışan Ramil İsgəndərli bu təsisatın 2026-cı il 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) paviliyonlarında keçirəcəyi tədbirlər barədə məlumat verib və Türkiyədən olan QHT təmsilçilərinin bu prosesdə fəal olmağa dəvət edib.Görüş zamanı gələcək perspektivlər, ortaq layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və Türk dünyasında birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndələr bu cür görüşlərin əlaqələrin möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verdiyini qeyd ediblər.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
newscenter.az

2Mənbələr