ain.az, Unikal.az portalına istinadən məlumat verir.
"Bakı təhlükəsizlik, əlçatanlıq və dayanıqlı həlləri təşviq edən müasir şəhər modeli kimi çıxış edir".
"Unikal" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasında (WUF13) çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədri bildirib ki, ictimai məkanlara, mobilliyə, yaşıl infrastruktura və sosial xidmətlərə xüsusi diqqət yetirilir:
"Bakının böyük beynəlxalq platformalara ev sahibliyi etməsi şəhərlərin qlobal dialoq və əməkdaşlıqdakıartan rolunu nümayiş etdirir. Bu yanaşma UN-Habitat tərəfindən təşviq edilən “Şəhərlərin Səsi” konsepsiyası ilə tam uyğunluq təşkil edir. Müasir şəhər siyasətinin effektivliyi vahid inkişaf çərçivəsində müxtəlif sektorlar arasında koordinasiyadan asılıdır.
Bu baxımdan, gender-transformativ yanaşmalar şəhər idarəçiliyinin və dayanıqlı inkişafın ayrılmaz hissəsi kimi qəbul edilməlidir. Təcrübə göstərir ki, qadınların strateji planlaşdırmada və qərar qəbuletmə proseslərində bərabər iştirakı şəhərləri daha təhlükəsiz, daha əlçatan və insanların ehtiyaclarına daha həssas edir. Bu yanaşmanın inkişaf etdirilməsi məqsədilə Azərbaycan dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir".
B.Muradova qeyd edib ki, dayanıqlı şəhərlərin gələcəyi insanların, xüsusilə qadınların və həssas qrupların ehtiyaclarını nəzərə alan inteqrasiya olunmuş siyasətlərdən asılıdır:
"Bu baxımdan, hüquqi və institusional mexanizmlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qadınların şəhərsalma və iqlim siyasəti ilə bağlı qərarların qəbulunda iştirakı daha da genişləndirilməlidir. Təhlükəsizlik, mobillik və sosial xidmətlərə çıxış şəhərsalma çərçivələrinə sistemli şəkildə inteqrasiya olunmalıdır. İnklüziv və dayanıqlı modellərin təşviqi istiqamətində beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir. Qadınların və qızların ehtiyaclarına cavab verən şəhərlər qurmaq daha təhlükəsiz, daha dayanıqlı və daha humanist gələcəyin formalaşdırılması deməkdir.
İnsan yönümlü şəhər inkişafı modeli həmrəylik, bərabər imkanlar və dayanıqlı tərəqqi prinsiplərinə əsaslanan ortaq öhdəlik tələb edir. Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini dəstəkləməyə davam etməyə hazırdır. İnanırıq ki, WUF13 çərçivəsində aparılan müzakirələr və əldə olunacaq nəticələr daha inklüziv, dayanıqlı və insan yönümlü şəhərlərin inkişafına töhfə verəcəkdir".
Anar Kəlbiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.