AZ

Özbəkistan rəsmisi: "İpoteka bazarının 50 %-i özəl sektorun vəsaiti hesabına təmin edilir"

Hazırda Özbəkistanda ipoteka bazarının təxminən 50 %-i özəl sektorun vəsaitləri hesabına təmin edilir.

"Report" xəbər verir ki, bunu Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin I müavini Ilhom Norqulov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyası bildirib.

Onun sözlərinə görə, bu il hökumət isə banklara təxminən 1 milyard ABŞ dolları yönəldib: "İpoteka bazarında özəl sektorun payının artması çox yaxşı nəticə verib. Həmçinin ev tikən və satan tikinti şirkətləri arasında yaxşı rəqabət mühiti yaradıb".

Qonaq qeyd edib ki, ​ipoteka bazarında həyata keçirilən islahatların əsas məqsədi ev təsərrüfatlarını səmərəli şəkildə seçə biləcək, ədalətli qaydalar və rəqabətin mövcud olduğu bazar yaratmaq olub: "Eləcə də planlaşdırmışdıq ki, özəl sektor bu bazara gələcək, banklar isə daha uzunmüddətli ipoteka kreditlərini maliyyələşdirmək üçün getdikcə daha çox öz resursunu səfərbər edəcəklər".

Seçilən
12
far.az

1Mənbələr