AZ

“Neftçi” Konfrans Liqasına vəsiqə qazansa… Potensial rəqiblər məlumdu

“Neftçi” Azərbaycan Premyer Liqasının bitiminə 2 tur qalmış turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” mövsümü bu mövqedə tamamlasa, Konfrans Liqasına vəsiqə qazanacaq. Komanda püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Artıq təmsilçimizin potensial rəqibləri də bəllidir.

Onlardan bəzilərinin adlarını qeyd edirik:

“Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Santa Koloma” (Andorra), “Konnahs Kvey” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter Turku” (Finlandiya), “Yelimay Semey” (Qazaxıstan), “Hegelmann” (Litva), “Penibont” (Uels), “Runavik” (Farer adaları), “Qlentoran” (Şimali İrlandiya), “Nomme Kalyu” (Estoniya), “Karnarfon Taun” (Uels).

Xatırladaq ki, “Neftçi” Konfrans Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Seçilən
36
idmanxeber.az

1Mənbələr