AZ

DİM: 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric olunub

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.

Mərkəzdən APA-ya verilən məlumata görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda təşkil olunub. Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar imtahana müəyyən qədər gecikən şəxslərə şərait yaradılıb və onların da imtahanda iştirakı təmin olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Seçilən
34
12
apa.az

10Mənbələr