ABŞ-nin İranın təkliflərinə cavabında irəli sürdüyü beş əsas şərt məlum olub.
“Cebheinfo.az” bu barədə İranın Fars xəbər agentliyinə istinadən yazır.
İran agentliyinin məlumatına görə, Vaşinqtonun şərtləri bunlardır:
▪️ ABŞ İrana heç bir kompensasiya və ya zərər ödəməyəcək.
▪️ İran 400 kiloqram uranı çıxarıb ABŞ-yə təhvil verməlidir.
▪️ Müharibənin bütün cəbhələrdə sona çatması danışıqların davam etməsindən asılı olacaq.
Məlumatda vurğulanır ki, hətta bu şərtlər yerinə yetirilsə belə, ABŞ və İsrail tərəfindən hərbi əməliyyat təhdidi qalacaq.
▪️ Bütün cəbhələrdə, xüsusən də Livanda müharibənin tamamilə dayandırılması.
▪️ İran əleyhinə sanksiyaların ləğvi.
▪️ Xaricdə bloklanmış İran vəsaitlərinin dondurulmasının açılması və geri qaytarılması.
▪️ Müharibənin vurduğu ziyana görə kompensasiya.
▪️ Hörmüz boğazı üzərində İranın suveren hüquqlarının tanınması.