AZ

ABŞ danışıqlar üçün İranın bütün şərtlərini rədd edən beş yeni təklif irəli sürdü...



ABŞ İrana danışıqlar üçün biri istisna olmaqla, ölkənin bütün nüvə obyektlərinin fəaliyyətini dayandırmasını da nəzərdə tutan yeni şərtlər irəli sürüb. İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ İrana danışıqlar üçün beş əsas şərt təqdim edib.

ABŞ-ın İrana təqdim etdiyi şərtlər bunlardır: ABŞ-dan heç bir təzminat ödənilməməsi, İrandakı 400 kiloqram zənginləşdirilmiş uranın ABŞ-a təhvil verilməsi, İranın nüvə fəaliyyətinin birindən başqa hamısının dayandırılması, dondurulmuş İran aktivlərinin azad edilməməsi və hərbi əməliyyatların bütün cəbhələrdə dayandırılmasının danışıqlarla əlaqələndirilməsi.

İran isə danışıqlar üçün şərtlərini, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi, müharibə təzminatı ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması kimi bəyan edib.

Tahir TAĞIYEV

Seçilən
14
baki-xeber.com

1Mənbələr