“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kuboku finalında qələbədən sonra fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, o, klubda rəhbərlik, məşqçi heyəti və oyunçuların eyni istiqamətdə işləməsi nəticələri asanlaşdırdığını bildirib:
“Komanda, məşqçi və rəhbərlik eyni dalğada olanda hər şey daha asan olur. Əgər məşqçilər tez-tez dəyişdirilirsə, bu çətindir. Vaxt lazımdır. Gələcək parlaqdır. Mən oyunçuları tanıyıram, onların hisslərini və fədakarlığını bilirəm”.
İspan mütəxəssis həmçinin mövsüm ərzində ciddi zədə problemlərinə də toxunub:
“Oktyabr və noyabrda 13 zədəmiz oldu. Əgər bu zədələr olmasaydı, bəlkə də Antuanı və Mark Qehini transfer etməzdik. Amma onlar komandaya yaxşı uyğunlaşdılar”.