AZ

"Qalatasaray" İkardiyə yeni müqavilə təklif edəcək?

“Qalatasaray” rəhbərliyi Mauro İkardi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Publika.az “Milliyyet” qəzetinə istinadla xəbər verir ki, “sarı-qırmızılar”ın argentinalı hücumçuya təklif etdiyi yeni müqavilə şərtləri açıqlanıb.

Bildirilir ki, Mauro İkardinin taleyi gələn həftə bilinəcək. Prezident Dursun Özbek oyunçunun agenti Pino ilə şəxsən görüşəcək və şərtlərini çatdıracaq. Bildirilir ki, klub təqdim edəcəkləri yeni təkliflə 33 yaşlı futbolçunun maaşında əhəmiyyətli endirim tələb edəcək.

Məlumata görə, hazırda ildə 10 milyon avro qazanan argentinalı futbolçuya 5 milyon avro və bonuslar dəyərində yeni müqavilə təklif olunacaq. Bildirilir ki, argentinalı ulduz puldan çox, kifayət qədər oynamamasından narazıdır və ən yaxşı fiziki formasına çata bilməməsini də bununla əlaqələndirir.

Seçilən
46
publika.az

1Mənbələr