AZ

"Mançester Siti"nin 2 ulduz futbolçusu "Real"a təklif olundu

"Mançester Siti"nin iki ulduz futbolçusu "Real Madrid"ə təklif olunub.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

Məlumata görə, bunlar xorvatitalı mərkəz müdafiəçisi Yoşko Qvardiol və cari mövsümün sonunda Mançester komandasından ayrıkacağı dəqiqləşən portuqaliyalı yarımmüdafiəçi Bernardu Silvadır. Mənbə "kral klubu"nun hazırda Qvardiolun keçidi ilə bağlı "şəhərlilər"lə danışıq aparmadığını, lakin bu futbolçunun transferini nəzərdən keçirdiyini vurğulayıb.

"Barselona"ya qoşulmaq variantına "yox" deyən Bernardunun "Real"a keçmək ehtimalı isə yetərincə yüksək dəyərləndirilir.

Qeyd edək ki, daha öncə Xosep Qvardiolanın bu yay MS ilə vidalaşacağı barədə məlumatlar dərc edilib.

Toğrul

 

Seçilən
4
1
fanat.az

2Mənbələr