Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu vəfat edib.
"Report" bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, 12 gün əvvəl ofisində ağır yaralı vəziyyətdə tapılan Aydın Çavuşoğlu reanimasiyada yaşam mübarizəsi aparıb.
Onun cənazəsinin mayın 18-i saat 14:00-da Türklər Mərkəz Qəbiristanlığına dəfn ediləcəyi bildirilib.