AZ

Milan ın ulduzu Qalatasaray lıların paylaşımlarını bəyəndi!

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

''Milan''ın portuqaliyalı ulduzu Rafael Leao sosial şəbəkədəki son hərəkətləri ilə diqqət çəkib. Ünlü futbolçu bir gündə ''Qalatasaray''ın 3 futbolçusunun paylaşımını bəyənib! 26 yaşlı vinger əvvəlcə Viktor Osimhenin, sonra Leroy Sanenin ''Cim-Bom''un çempionluğuna dair paylaşımlarını bəyəndi. Bununla kifayətlənməyən Leao daha sonra İsmael Yakobsun da paylaşımına ''layk'' qoydu. İlk baxışdan burda qeyri-adi bir şey yoxdu. Amma məsələ burasındadı ki, Leao ''Fənərbaxça''nın da ciddi hədəfindədi. Ötən həftəsonu hətta ''Fənər''də prezidentliyə namizədlərdən olan Hakan Safi danışıqlar üçün Milana yollanmışdı. O, ''San Siro''da ''Milan'' - ''Atalanta'' matçını izləyərkən görüntülənmişdi. İtaliya mətbuatının yazdığına inansaq, ''Milan'' Leao üçün ən azı 50 milyon avrodan başlayan təkliflərə açıqdı. Tərəflərin bu yay yollarını ayıracağı gözlənilir. Son oyunlarda tez-tez öz fanatları tərəfindən fitə basılan Leao bu gün ''Cenoa'' ilə matçı cəza üzündən buraxacaq. Portuqaliya yığmasının üzvü bu mövsüm 30 rəsmi oyunda aktivinə 10 qol, 3 məhsuldar ötürmə yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
icma.az

2Mənbələr