AZ

Livanın Mənzil Korporasiyasının rəhbəri WUF13 də innovativ həllərin tərəfdarı kimi çıxış edib

ain.az bildirir, Moderator.az portalına istinadən.

Livan mənzil sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin və innovativ yanaşmaların tətbiqinin tərəfdarıdır.

Moderator.az xəbər verir ki, bu bəyanatla Livanın Mənzil Tikintisi üzrə Dövlət Korporasiyasının rəhbəri Roni Lahud Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxış edib.

"Biz əhalinin əlçatan mənzillə təmin olunması sahəsində imkanların genişləndirilməsi üçün səylər göstəririk və ilk növbədə artıq zərər görmüş ərazilərdə bərpa işlərinə üstünlük veririk. Bu, tərəfdaşların dəstəyi və işlənib hazırlanmış yol xəritəsi çərçivəsində həyata keçirilir. Bununla əlaqədar olaraq, biz beynəlxalq həmrəyliyə və innovativ texnologiyalara əsaslanan həllərin tətbiqinə çağırış edirik", - o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
moderator.az

3Mənbələr