AZ

Qadınların 70 faizi zorakılıqla üzləşir WUF13 də mühüm statistika səsləndi

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"2026-2028-ci illəri əhatə edən gender bərabərliyi üzrə milli fəaliyyət planı, qadınlar və kişilər üçün gender-həssas yanaşma proqramları hazırlanır".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu BMT-nin Gürcüstandakı Qadınlar üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndirici şəxs Kaori İşikava WUF13 çərçivəsində keçirilən Qadınlar Assambleyasının iclasında deyib.

O bildirib ki, uzun müddətdir davam edən gender bərabərsizliyi və insan hüquqları problemləri ilə daha da ağırlaşan çətin dövrdə bir araya gəliblər:

"Qlobal inkişaf məqsədlərinə çatmaq üçün son tarixə cəmi dörd il qalsa da, hüquqi müdafiədəki boşluqları aradan qaldırmaq, ayrı-seçkilik yaradan qanunları ləğv etmək, o cümlədən qadınların miras və torpaq hüquqları sahəsində gender fərqini aradan qaldırmaq üçün təəssüf ki, hələ 283 ilə ehtiyac olduğu bildirilir.

Dünyada yalnız hər yeddi ölkədən biri qadınlar tərəfindən idarə olunur və qadınlar yerli parlament və idarəetmə strukturlarında cəmi 26 faiz təşkil edir. Yerli hökumətlərdə seçilmiş yerlərin 50 faizinə nail olan yalnız iki ölkə - Boliviya və İslandiyadır.

Dünyadakı qadınların 70 faizi gender əsaslı zorakılıq, təzyiq və təhqirlə üzləşir. Xüsusilə, iş və ictimai fəaliyyət zamanı onlayn zorakılıq onların susdurulmasına və ictimai həyatdan uzaqlaşdırılmasına səbəb olur.

Bu gün Qadınlar Assambleyasında toplaşarkən biz bu çətinlikləri qəbul etməliyik. Bunlar çox vaxt ümumi nailiyyətlərimizə baxmayaraq ortaya çıxır və biz eyni zamanda kollektiv uğurlarımızı qeyd etməyə davam etməliyik.

Vətənimiz Azərbaycan gender bərabərliyinin bütün sahələrdə təşviqi istiqamətində çalışır. Bu çərçivədə 2026-2028-ci illəri əhatə edən gender bərabərliyi üzrə milli fəaliyyət planı və qadınlar və kişilər üçün gender-həssas yanaşma proqramları hazırlanır".

Kaori İşikava əlavə edib ki, gender zorakılığı insanların məcburi köçünə səbəb olan əsas amillərdən biridir:

"Formal və qeyri-formal məşğulluq, iş imkanları, qayğı yükü və yaşayış təhlükəsizliyi ilə bağlı ayrı-seçkiliklə mübarizə aparmalı və bunları dövlət siyasətində nəzərə almalıyıq.

Eyni zamanda, qanun və siyasətlərin qadın və kişilərin ehtiyaclarını əks etdirməsinə diqqət etməliyik ki, yaşayış və enerji keçidi, həmçinin iqlim dəyişiklikləri ilə bağlı məsələlər hərtərəfli şəkildə həll olunsun.

Biz elə bir dünya qurmalıyıq ki, qadınlar və kişilər ictimai məkanlarda seksual təqib və digər zorakılıq formalarından azad şəkildə yaşaya bilsinlər. Buraya şəhər nəqliyyatı planlaşdırılmasında hesabatlılıq standartlarının tətbiqi, əlçatanlığın artırılması, əsas xidmətlərə çıxışın təmin olunması və qadınların su və sanitariya hüquqlarının qorunması daxildir.

Birlikdə bu assambleyadan yayılan mesajın eşidilməsi üçün çalışmağa davam edəcəyik və bu mesajı öz şəhərlərimizə və icmalarımıza aparacağıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
baku.ws

2Mənbələr