AZ

Slovakiyanın Baş nazir müavini: Azərbaycanla əla münasibətlərimiz var

Slovakiyanın Azərbaycan ilə əla münasibətləri var.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Slovakiyanın Baş nazir müavini və ətraf mühit naziri Tomas Taraba deyib.

O, iqlim məsələsinin Slovakiya üçün yüksək prioritet olduğunu qeyd edib:

“İqlim dəyişikliyi kimi məsələlərdən danışarkən beynəlxalq əməkdaşlıq vacibdir. Çünki heç bir ölkə bu problemləri təkbaşına həll edə bilməz. Biz bunu yalnız birlikdə bacara bilərik. Bu gün urbanizasiya yeni standartların ciddi təzyiqi altındadır. Biz Avropa İttifaqında standartları çox sürətlə artırırıq. Amma Slovakiya sağlam düşüncəyə əsaslanan ölkədir. Biz açıq şəkildə deyirik ki, hər həll yolu mütləq doğru deyil. Çünki bəzən bəzi iqlim siyasətləri nəticəsində dünyada daha çox yoxsul insan yaranır”.

Seçilən
37
2
apa.az

3Mənbələr