AZ

“Mənzil, sadəcə, dörd divar deyil, o, insanların fundamental imkanlara çıxışını formalaşdırır” – VİDEO

“Mənzil anlayışı yalnız dam örtüyü və dörd divardan ibarət deyil. O, insanların fundamental imkanlara – məşğulluq, təhsil, səhiyyə, təhlükəsizlik və sosial statusa çıxışını birbaşa formalaşdırır.”

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anacláudia Rossbach Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə “Hər kəs üçün münasib mənzil” mövzusunda keçirilən tematik panellərin açılışında deyib.

O bildirib ki, mənzil sistemləri adekvat şərait təqdim etmədikdə yoxsulluq və cəmiyyətdən təcrid olunma meyilləri daha da dərinləşir, bərabərsizlik isə nəsillər boyu davam edir.

UN-Habitat rəsmisinin sözlərinə görə, bu problem müasir dövrün ən ciddi şəhərsalma çağırışlarından biri hesab olunur.


Bizim.Media

Seçilən
18
1
bizim.media

2Mənbələr