ABŞ Prezidenti Donald Trampın Ankarada keçiriləcək NATO sammitində iştirakı ilə bağlı qərar son anda verilə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
"Son vaxtlar NATO-nun ünvanına tənqidi və sərt fikirləri ilə diqqət çəkən Trampın sammitdə iştirakı son ana qədər dəqiqləşməyəcək", –nəşr yazıv.
Bununla belə, qəzet Trampın sammitə qatılma ehtimalını yüksək qiymətləndirir.
NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək. Bu, 2004-cü ildə İstanbulda baş tutan görüşdən sonra Türkiyənin ev sahibliyi edəcəyi ikinci belə tədbir olacaq.