AZ

“Neftçi” Konfrans Liqasında, “Zirə”dən heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tur başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, son gündə 2 oyun baş tutub.

“Zirə” doğma meydanda “Sumqayıt”la heç-heçəyə razılaşıb.

“Sabah” isə “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” əzmkar qələbəyə seviniblər. 

Daha öncə “Araz-Naxçıvan” “Kəpəz”ə (2:0), “Şamaxı” “Turan Tovuz”a (3:2), “Qarabağ” “İmişli”yə (3:0) qalib gəlib, “Karvan-Yevlax” “Qəbələ”yə uduzub – 1:2. 

Misli Premyer Liqası
32-ci tur
17 may

Zirə”  “Sumqayıt” 1:1

Qol:  Ruan Renato, 19-pen –  Aleksandr Ramalinqom, 45.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
Zirə İdman Kompleksinin stadionu. 18:00.

“Sabah” – “Neftçi” 1:2 

Qol: Aleksey İsayev, 3 – Andrey Ştoqrin, 9. İfeanyi Metyu, 70.

Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.

“Bank Respublika Arena”. 18:00.

 

Seçilən
17
idmanxeber.az

1Mənbələr