Misli Premyer Liqasının 32-ci turunda keçirilən "Sabah" - "Neftçi" matçında dava düşüb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qarşılaşmanın 84-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Coy-Lens Mikels topu ehtiyat oyunçular skamyasında oturan Emil Səfərova atıb.
"Neftçi"nin futbolçusunun qarşılıq verməsindən sonra ara qarışıb.
Baş hakim Kamal Umudlu hər iki oyunçuya qırmızı vərəqə verib.