Slovakiya BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) aktiv rol oynayır və su ehtiyatlarının idarə olunması sahəsində zəngin təcrübəyə malikdir.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomáš Taraba deyib.
O bildirib ki, Slovakiya şəhərlərin keyfiyyətli su ilə təmin olunması istiqamətində mühüm təcrübə qazanıb və bu bilikləri digər icmalarla bölüşməyi prioritet hesab edir.
Nazirin sözlərinə görə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi dayanıqlı su idarəçiliyi və urban inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır.
Bizim.Media