AZ

İsrail iqtisadiyyatı 3,3 faiz kiçilib

İsrail iqtisadiyyatı 3,3 faiz kiçilib

İsrail iqtisadiyyatı ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibənin mənfi təsirləri nəticəsində 2026-cı ilin ilk rübündə illik müqayisədə 3,3 faiz azalıb.

AFN.az xəbər verir ki, İsrail Mərkəzi Statistika Bürosunun yayımladığı hesabata əsasən, ardıcıl iki rüb davam edən artımdan sonra ölkə iqtisadiyyatında qeydə alınan bu kəskin daralma mart və aprel aylarında İrana qarşı aparılan müharibədən qaynaqlanıb.

Qeyd olunub ki, İsrail iqtisadiyyatı 2025-ci ilin son rübündə 2,9 faiz artım nümayiş etdirmişdi.

Hesabatda 2026-cı ilin ilk rübündə fərdi istehlak xərclərinin illik bazda 4,7 faiz azaldığı, buna qarşı hərbi xərclərin isə illik müqayisədə 9 faiz artdığı vurğulanıb.

Sənəddə həmçinin cari ilin ilk rübündə Ümumi Daxili Məhsulun (ÜDM) ötən ilin son rübü ilə müqayisədə illik bazda 4,5 faiz gerilədiyi diqqətə çatdırılıb.

Bundan əlavə, ötən ilin son rübündə 5,4 faiz artan kommersiya istehsalının 2026-cı ilin ilk rübündə illik müqayisədə 3,1 faiz aşağı düşdüyü qeyd edilib.

İsraildə nəşr olunan "Globes" iqtisadiyyat qəzetinin xəbərində isə bu ilin ilk rübündəki 3,3 faizlik kiçilmənin proqnozlarla üst-üstə düşdüyü və 2025-ci ilin ikinci yarısında müşahidə olunan iqtisadi dirçəliş tendensiyasını sürətlə tərsinə çevirdiyi bildirilib.

İsrail Mərkəzi Bankının proqnozlarına görə, 2023-cü ilin oktyabr ayından bəri İsrailin həyata keçirdiyi hücumların ümumi maliyyə yükü 350 milyar şekel (təxminən 120 milyar dollar) təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına əsasən isə İrana qarşı edilən son hücumların hərbi və mülki ziyanı 35 milyar şekel (təxminən 12 milyar dollar) həcmindədir.

Seçilən
47
afn.az

1Mənbələr