AZ

Daha bir ölümcül virus yayılıb Peyvəndi də yoxdur

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola virusu ilə bağlı beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib. Son məlumatlara görə, artıq 246 şübhəli hal qeydə alınıb, 88 nəfər isə həyatını itirib.Demokrat.az xəbər verir ki, İturi vilayətində başlayan yoluxma sürətlə qonşu ölkəyə də keçib. Bu dəfəki epidemiyanı daha təhlükəli edən əsas amil virusun nadir rast gəlinən "Bundibugyo" ştamı olmasıdır.Mütəxəssislər bildirirlər ki, mövcud pevəndlər bu ştama qarşı təsirli deyil və hazırda onun xüsusi müalicəsi yoxdur.Ebola 50% ölüm riski ilə dünyanın en qorxulu xəstəliklərindən biri hesab olunur. Virus insana heyvanlardan keçir və bədən mayeləri vasitəsilə yayılır. Konqodakı daxili münaqişələr və tibb müəssisələrinə hücumlar xəstəliyin qarşısını almağı daha da çətinləşdirir. Epidemiya gizli şəkildə həftələrlə davam etdiyi üçün real yoluxma sayının qat-qat çox olduğu ehtimal edilir.ÜST Kampala kimi böyük şəhərlərdə ölüm hallarının qeydə alınmasını regional və qlobal təhlükənin siqnalı kimi qiymətləndirir. Vaksinin olmaması və xəstəliyin gec aşkar edilməsi vəziyyəti kritik həddə çatdırıb.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
demokrat.az

1Mənbələr