AZ

Hizbullah bir ayda İsrailin 48 tankını sıradan çıxardı

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hizbullah 16 aprel - 17 may tarixləri arasında İsrail qüvvələrinə qarşı 339 hərbi əməliyyat keçirib və bu əməliyyatlar zamanı qarşı tərəfin 48 tankı sıradan çıxarılıb.

Axar.az xəbər verir ki, qruplaşmanın Teleqram kanalında deyilir.

"Düşmənin atəşkəsi pozmasına cavab olaraq, islam müqaviməti qüvvələri 15 komanda məntəqəsinə, üç kazarmaya, iki hərbi bazaya, yeddi artilleriya mövqeyinə və bir helikopter meydançasına hücum edib. Son bir ay ərzində 48 tank, 18 zirehli texnika və 12 yolsuzluq avtomobili idarə olunan raketlər və ya kamikadze dronları ilə tamamilə, yaxud qismən sıradan çıxarılıb”, - deyə bildirilib.

Hizbullah İsrail ordusunun canlı itkisi barədə hər hansı rəqəm açıqlamayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
axar.az

1Mənbələr