AZ

220 illik sirr yenidən gündəmdə – məşhur operanın arxasındakı hadisə

220 il əvvəl San-Fransiskoda baş vermiş və sonradan məşhur “Yunona və Avos” rok-operasının əsasına çevrilmiş hadisələrin detalları ilə bağlı araşdırma dərc edilib.

Musavat.com xəbər verir ki, bu barədə Kommersant nəşri araşdırma aparıb. Məlumata görə, həmin dövrdə iki rus yelkənli gəmisi San-Fransisko limanında dayanmışdı. Gəmilərdən birində imperator I Aleksandrın saray kamergəri Nikolay Rezanov da olub. O, Rusiyaya qayıtmaq üçün imkan gözləyirdi.

Bildirilir ki, Rezanovun əsas məqsədlərindən biri San-Fransisko komendantının qızı Mariya Konsəpsyon de Arguelyo ilə evlənmək idi. “Konçita” adı ilə tanınan gənc qızla nikah üçün Vatikanın razılığı tələb olunurdu. Bu məqsədlə Papa VII Piydən icazə alınması planlaşdırılırdı.

Araşdırmada qeyd olunur ki, məhz bu dramatik sevgi tarixçəsi 45 il əvvəl böyük populyarlıq qazanan “Yunona və Avos” rok-operasının yaranmasına ilham verib.

 

Musavat.com

Seçilən
68
musavat.com

1Mənbələr