AZ

İraqda daha bir gizli İsrail hərbi bazası aşkarlandı

İraq bir ildən çoxdur ki, İsrailin iki məxfi hərbi bazasının yaradılması üçün öz ərazisini gizlicə istifadəyə verib.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti İraq və region rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail hərbçiləri bazalardan birinin yaradılması üçün hazırlıqlara 2024-cü ilin sonlarında başlayıblar. Qəzet qeyd edib ki, ABŞ İraqdan öz ərazisində üçüncü bir dövlətin qoşunlarının yerləşdiyini gizlətmiş ola bilər. Məqalədə vurğulanıb ki, bu cür məlumatların üstünün açılması Birləşmiş Ştatların Yaxın Şərqin bu ölkəsindəki nüfuzunu təhlükə altına qoya bilər.

NYT həmçinin yazıb ki, İraq qoşunları sözügedən bazanı məsafədən müşahidə ediblər. Onlar sonradan Amerika tərəfindən bu obyekt barədə əlavə məlumat tələb etsələr də, cavab ala bilməyiblər. İraq ordusunun digər bir bölməsi bazaya yaxınlaşmağa cəhd göstərib, lakin atəşə tutulduğu üçün geri çəkilmək məcburiyyətində qalıb. Daha sonra adı açıqlanmayan bir rəsmi ikinci bazanın da mövcudluğunu təsdiqləyib. Bu obyekt İraqın qərbindəki səhrada yerləşir, lakin dəqiq yeri məlum deyil.

Seçilən
11
4
publika.az

7Mənbələr