Binəqədi Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Kamran Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Ittihama görə, hadisə 2025-ci il fevralın 20-də Binəqədi rayonunun eyniadlı qəsəbəsindəki 3-cü Mədən ünvanında avtobus dayanacağında qeydə alınıb.
Belə ki, Kamran Ağayev idarə etdiyi “Mitsubishi Pajero" markalı maşınla hərəkətdə olarkən dayanacaqda dayanan Saray Səlimovanı vurub. Qadın 2 ay sonra müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Qeyd: Saray Səlimova Binəqədi rayonu ərazisində yerləşən uşaq bağçalarından birində tərbiyəçi, sürücü Kamran Ağayev isə İKTEX şirkətində proqramçı vəzifəsində işləyib.
Kamal Məmmədov