AZ

Dayanacaqda tərbiyəçi qadını vuraraq öldürən proqramçıya hökm oxundu

Binəqədi Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Kamran Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Ittihama görə, hadisə 2025-ci il fevralın 20-də Binəqədi rayonunun eyniadlı qəsəbəsindəki 3-cü Mədən ünvanında avtobus dayanacağında qeydə alınıb.

 

Belə ki, Kamran Ağayev idarə etdiyi “Mitsubishi Pajero" markalı maşınla hərəkətdə olarkən dayanacaqda dayanan Saray Səlimovanı vurub.  Qadın 2 ay sonra müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib.

 

Qeyd: Saray Səlimova Binəqədi rayonu ərazisində yerləşən uşaq bağçalarından birində tərbiyəçi, sürücü Kamran Ağayev isə İKTEX şirkətində proqramçı vəzifəsində işləyib.

 

Kamal Məmmədov

Tarix: 18 May 2026, 09:10   
Seçilən
45
pravda.az

1Mənbələr