AZ

“Neftçi” Konfrans Liqasında, “Turan Tovuz” Şamaxıda üzüldü – Tura baxış

Misli Premyer Liqasında mövsümün başa çatmasına bir tur qaldı. Son tur öncəsi bir çox məsələlərə aydınlıq gəldi. “Neftçi” “Sabah”ı məğlub etməklə Konfrans Liqasına vəsiqəni rəsmiləşdirdi. “Qarabağ”ın Avropa Liqasında iştirakı isə “İmişli” üzərində qazanılan qələbədən sonra dəqiq məlum oldu.

"Karvan Yevlax" – "Qəbələ" 1:2 
Qollar:
Olavale Doyeni, 54 - İbrahim Sanqare, 56. Domi Massumo, 67.
“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 16. Rauf Rüstəmli, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni. 
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 8. Peter Kings, 10. Samuel Durrant. 
Baş məşqçi: Füzuli Məmmədov. 
“Qəbələ”: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 6. Xayme Syerra, 14. Domi Massumo. 
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 22. Fərid İsgəndərov, 26. Elnur Mustafayev, 21. Ziya Şəkərxanov, 3. Eduardo Kunde, 70. Paulo Quimbila. 
Baş məşqçi: Kaxaber Tsxadadze.

“Karvan Yevlax”ın elitanı tərk edəcəyi hələ ötən tur rəsmiləşmişdi. “Qəbələ” ilə oyunun yeganə motivasiyası doğma azarkeşlərin gözü qarşısında yaxşı çıxış edib, onları sevindirmək idi. Görüşdə ilk qolu da Yevlax təmsilçisi vurdu. Amma onların bu sevinci cəmi iki dəqiqə sürdü. Doyenin 54-cü dəqiqədə vurduğu qola 56-cı dəqiqədə Sanqare cavab verdi. Meydan sahiblərinin bir xala olan ümidləri 67-ci dəqiqədə dəfn olundu. Massumonun vurduğu qola cavab vermək mümkün olmayınca görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. 
Sonuncu pilləni “özəlləşdirən” “Karvan Yevlax” cəmi 14 xal toplamağı bacarıb. “Qəbələ” 24 xalla 11-ci sıradadır. Onların da bu pilləni tərk edə bilməyəcəyi dəqiqləşib.

"Araz-Naxçıvan" – "Kəpəz" 2:0 
Qollar:
Patrik Anrade, 36. Ramon Maçado, 76.
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 34. Urfan Abbasov (k), 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov (70. Şarl Boli, 86), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 23. Nuno Rodriqes (19. Bar Kohen, 86), 10. Felipe Santos, 11. Ba-Muaka Simakala (16. Ramon Maçado, 72), 77. Bruno Franko.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 8. Coşqun Diniyev, 33. Elmir Cəfərov.
Baş məşqçi: Andrey Demçenko.
“Kəpəz”: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev (80. Şahnur İsmayılov, 74), 77. Fərid Nəbiyev (6. Camal Cəfərov, 46), 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev (14. Adama Fofana, 46), 29. Dioqo Verdaska (k), 12. Mahamadu Ba (99. Əli Səmədov, 77), 4. Mate Abuladze, 10. Ryonosuke Ohori (83. Raul İsaqov, 81).
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 24. Olavale Onanuqa.
Baş məşqçi: Azər Bağırov.

Mövsümə avrokuboklara qatılmaq arzusuyla başlayan “Araz Naxçıvan” məşqçi dəyişikliyindən sonra bu hədəfindən uzaq düşdü. “Kəpəz”lə oyun bu baxımdan heç bir əhəmiyyət kəsb etmirdi. Amma Naxçıvan təmsilçisi zəif rəqiblə oyunda 3 xal qazanmaq şansını əldən buraxmadı. “Kəpəz” elitada qalmaq öhdəliyini yerinə yetirdiyindən gəncəli azarkeşlər də bu yenilgini faciəyə çevirmədilər. Qarşılaşmanın taleyini həll edən qolları “Araz Naxçıvan”ın legionerləri vurdu. Andrade 36-cı dəqiqədə hesabı açdı. Maçadonun 76-cı dəqiqədə vurduğu qol isə yekun nəticəni müəyyənləşdirdi.
27 xallı “Kəpəz”in 10-cu pillədəki yeri heç də pis sayılmaz. 6-cı sıradakı “Araz Naxçıvan” isə 43 xal toplayıb.

“Şamaxı” – “Turan Tovuz” 3:2
Qollar:
Arsen Ağcabəyov, 9. Dioqo Balau, 28. Abdulla Rzayev, 83. -  Vadji İbrahima, 65. Alexandro Serrano, 73.
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike. 
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu. 
Baş məşqçi: Ayxan Abbasov. 
“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva. 
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 8. David Tavareş 2. Mark Rene Mampassi. 
Baş məşqçi: Kurban Berdiyev

Ayxan Abbasov şamaxılı azarkeşlərə qələbəylə vida etdi. “Turan Tovuz”la oyun çalışdırıcının “Şamaxı”dakı sonuncu ev qarşılaşması idi. Abbasov üçün görüş 3 xalla əlamətdar oldu. Oyuna sürətli başlayan meydan sahibləri artıq 9-cu dəqiqədə hesabı açdılar. Balau 28-ci dəqiqədə hesabı 2:0-a çatdırdı. “Turan Tovuz” özündə güc tapıb, “Şamaxı”ya iki qol vurmağı bacardı. Vadji 65-ci dəqiqədə hesab arasında fərqi minimuma endirdi. Serrano isə 8 dəqiqə sonra bərabərlik qolunu vurdu. Amma bu hesabı qorumaq mümkün olmadı. 83-cü dəqiqədə Abdulla Rzayev yekun hesabı müəyyənləşdirdi.
3:2 hesabıyla qələbə qazanan “Şamaxı” 38-ci xalını qazanıb, 8-ci pillədən aşağı enməyəcəyini də dəqiqləşdirdi. 59 xalda qalan “Turan Tovuz” isə üçüncüdür.

“Qarabağ” – “İmişli” 3:0
Qollar: K.Duran, 47. M.Yankoviç, 66-pen. A.Zubir, 78.
“Qarabağ”: 99. Mateus Koxalski, 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran. 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov. 
“İmişli”: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr. 
Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 6. Yau Mozes. 
Baş məşqçi: Jorje Kaşkilya.

“Qarabağ” bu görüşdə qalib gəlməklə həm gümüş medalları, həm də Avropa Liqasına vəsiqəni təmin edəcəkdi. “Köhlən atlar”ın bu fürsəti əldən qaçıracağına heç kim inanmazdı. Amma birinci hissədə “İmişli”nin qapısına yol tapmaq mümkün olmadı. “Qarabağ” məsələni ikinci hissədə həll etdi. Duran 47-ci dəqiqədə hesabı açdı. Bundan sonra daha rahat oynayan Ağdam təmsilçisi 78-ci dəqiqəyə qədər daha iki qol vuraraq 3:0 hesablı qələbə qazandı.
Gümüş medal qazanacağı dəqiqləşən “Qarabağ” xalını 66-a çatdırdı. 33 xalı olan “İmişli” isə 9-cu pilləni tutur.

"Zirə" – "Sumqayıt" 2:1
Qollar:
 Ruan Renato, 19-pen, 90+8-pen. -  Aleksandr Ramalinqom, 45.
"Zirə": 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov 4. Ruan Renato 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 5. Ange Mutsinzi 11. Junior Martins 22. Eren Aydın
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 13. Aydın Bayramov 70. Namik Ələskərov 7. Rövlan Muradov 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 9. Davit Volkov 93. Brahim Konate 17. Ayron Qomis 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Sumqayıt": 22. Xəyal Fərzullayev (k) 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 95. Nsana Simon 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 8. Səbuhi Abdullazadə 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 75. Nadir Orucov 37. Nihad Orucəli 9. Aleksandr Ramalinqom 6. Sedrik Badolo
Baş məşqçi: Saşa İliç

“Sumqayıt”ı doğma meydanda qəbul edən “Zirə”nin taleyi öz əlində deyildi. Rəşad Sadıqov və futbolçuları rəqibini üstələməklə “Neftçi”nin də Masazırda məğlub olacağına ümid etməliydi. “Zirə” tapşırığın öhdəsindən gəlib, qələbə qazandı. Renato iki dəfə penalti zərbəsini dəqiq yerinə yetirib, komandasının qələbəsinə böyük töhvə verdi. Ramalinqomun qolu “Sumqayıt”ı ümidləndirsə də, zəif təsəllidən başqa heç nəyə yaramadı. Qarşılaşma “Zirə”nin 2:1 hesablı qələbəsiylə yekunlaşdı.
53-cü xalını qazanan “Zirə” 5-ci pillədədir. 41 xalı olan “Sumqayıt” isə 7-ci sırada qərarlaşıb.

"Sabah" – "Neftçi" 1:2 
Qol:
Aleksey İsayev, 3 -  Andrey Ştoqrin, 9. İfeanyi Metyu, 70.
"Sabah": 55. Nicat Mehbalıyev 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos
Ehtiyat oyunçular: 92. Stas Pokatilov 94. Rəvan Mirzəmmədov 89. Cəfər Muxtarov 20. Coy Lens Mikels 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 70. Cesse Sekidika 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
"Neftçi": 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyamskiy 45. Vensan Abubakar 14. Edvin Kuç 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

“Neftçi” Masazırda 3 xal qazanmaqla Konfrans Liqasına vəsiqəni təmin edəcəkdi. “Sabah”ın baş məşqçisi Dambrauskas meydana ikinci heyətin futbolçularını buraxmaqla “ağ-qaralar”ın işini asanlaşdırmış oldu. Düzdür, oyunun gedişində “Neftçi” hesabda geri düşdü. Aleksey İsayev 3-cü dəqiqədə “Sabah”ı hesabda önə çıxardı. Amma cəmi 6 dəqiqə sonra “Neftçi” cavab qolunu vurdu. İlk yarı qollu bərabərliklə yekunlaşdı. “Neftçi”yə qələbə gətirən qolu 70-ci dəqiqədə Metyu vurdu. 2:1 hesablı qələbə “Neftçi”nin Avropaya yolunu da açdı. Oyundan sonra çempionluq kubokunu başı üzərinə qaldıran “Sabah” isə bu məğlubiyyətə çox da üzülmədi.
32-ci turdan sonra lider “Sabah”ın aktivində 75 xal var. “Neftçi” isə 4-cü pilləni 56 xalla tutur.

Amal Abuşov

Seçilən
7
2
fanat.az

3Mənbələr