AZ

Urbanizasiya bina topluluğu deyil, insan hekayələridir - Nqa Kor Minq

Şəhərlərin inkişafında əsas məqsəd yalnız infrastrukturun qurulması deyil, insanların təhlükəsiz, bərabər və dayanıqlı yaşayış şəraitinin təmin edilməsidir.

Adalet.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində rəsmi açılış mətbuat konfransı zamanı Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq deyib.

Çıxışda bildirilib ki, forum beynəlxalq təşkilatları, ekspertləri və tərəfdaşları bir araya gətirərək qlobal problemlərin birgə həllinə xidmət edir:

“Burada iştirak edən nümayəndələrlə görüşdükcə belə nəticəyə gəlirəm ki, biz yalnız məsələləri müzakirə etmək üçün toplaşmamışıq. Məqsədimiz bəşəriyyət üçün real və praktik həll yolları üzərində çalışmaqdır”.

Qeyd olunub ki, urbanizasiya anlayışı yalnız binaların inşası ilə ölçülməməlidir:

“Urbanizasiya dedikdə bina kolleksiyası nəzərdə tutulmur. Burada əsas məsələ insan hekayələridir. Şəhərlərin transformasiyası iqtisadi, sosial və mədəni dəyişikliklərə təsir göstərir. Eyni zamanda sosial bərabərsizlik, infrastruktur problemləri və dövlət xidmətlərinin təkmilləşdirilməsi kimi məsələlərə diqqət yetirilməlidir”.

Çıxış zamanı həssas və kövrək icmalar üçün yaşayış şəraitinin yaradılmasının vacibliyi xüsusi vurğulanıb:

“Ən əsas məsələlərdən biri hər kəs üçün təhlükəsiz, rahat və əlçatan yaşayış məkanlarının təmin olunmasıdır. Şəhərlərimizi elə inkişaf etdirməliyik ki, onlar dayanıqlı, davamlı və gələcək nəsillər üçün faydalı olsun”.

Bildirilib ki, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır:

“Biz BMT-nin Məskunlaşma Assambleyası olaraq hesab edirik ki, beynəlxalq əməkdaşlıq daha da genişlənməli, görülən işlərin təsiri ölçülə bilən nəticələrlə müşahidə olunmalıdır. Bu kimi platformalar hökumətləri və bütün maraqlı tərəfləri bir araya gətirərək praktik həll yollarının formalaşmasına imkan yaradır”.

Sonda Azərbaycanın bu sahədəki fəaliyyətinə də toxunulub:

“Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bütün bu addımlar birgə şəkildə daha böyük nəticələrin əldə olunmasına xidmət edir”.

Seçilən
25
2
adalet.az

3Mənbələr