AZ

Ata qızını öz məzarını qazmağa məcbur etdi və...

Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb.

Publika.az xəbər verir ki, Kurçaloi kənd sakini Samradi Muzayevin qızı Zuhra Muzayevanı öldürdüyü ehtimal olunur.

Bildirilir ki, o, öz məzarını qazmağa məcbur edilib və daha sonra güllələnib. Qətlin mümkün səbəbi kimi ailədaxili münaqişə və xəyanət şübhələri göstərilir.

Məlumatlar 2026-cı ilin aprel ayının sonlarında yayılmağa başlayıb. “Novaya Gazeta Europa” jurnalistləri ilə birgə aparılan araşdırma nəticəsində qurbanın Zuhra Muzayeva olduğu ehtimal edilir.

Qeyd olunur ki, Zuhra Muzayeva erkən yaşda ailə qurub, üç uşaq anası olub və sosial şəbəkələrdə kosmetika satışı ilə məşğul idi. Onun həyat yoldaşının hazırda Ukraynada döyüşlərdə iştirak etdiyi bildirilir

Seçilən
7
7
publika.az

8Mənbələr