AZ

Rossbax: "UN-Habitat Azərbaycana WUF13 üçün məkan təqdim etdiyinə görə minnətdardır"

UN-Habitat belə bir kritik dövrdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün məkan təqdim etdiyinə görə Azərbaycana minnətdardır.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13 açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, forum şəhərlər və icmalar üçün dönüş nöqtəsində, müasir çağırışların miqyasının daha sürətli, əlaqələndirilmiş və inklüziv həllər tələb etdiyi bir vaxtda keçirilir:

"Biz burada, Bakıda ölkə hökumətinin dəvəti ilə şəhərlərin gələcəyinin həm böhranların, həm də yeni imkanların təsiri altında formalaşdığı bir vaxtda toplaşmışıq".

A.Rossbax vurğulayıb ki, UN-Habitat forumun təşkilində və dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın təşviqində Azərbaycanın rolunu yüksək qiymətləndirir: "Biz bu qlobal platformanın təşkilində göstərdiyi liderliyə, dayanıqlı şəhər inkişafı sahəsində dialoq və əməkdaşlığın təşviqinə sadiqliyinə görə Azərbaycana minnətdarıq".

Onun sözlərinə görə, forumun Bakıda keçirilməsi dayanıqlı şəhər inkişafı üzrə qlobal dialoqun təşviqində və regionlar arasında əməkdaşlığın gücləndirilməsində Azərbaycanın rolunu əks etdirir.

"Cebheinfo.az"

Seçilən
40
50
cebheinfo.az

10Mənbələr