AZ

U17 cüdo millimiz Avropa çempionatının qalibi olub

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, son yarış günündə milli komandamız aktivinə daha 5 medal yazdırıb. Cüdoçularımız 2 gümüş və 3 bürünc mükafat qazanıblar. Sadiq Məmmədov (73 kq) və Ayxan Həsənli (81 kq) yarışı ikinci pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar. Yusuf Nəzər (73 kq), Yaqub Məmmədov (81 kq) və Nurəddin Əliyev (90 kq) isə bürünc medal əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq) qızıl, İlkin Qarayev (66 kq), Zəhra Quliyeva (40 kq) gümüş, Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq) və Pərvin Sevxanlı (44 kq) bürünc medala yiyələniblər. Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
7
10
xalqqazeti.az

10Mənbələr