AZ

Faraları diş fırçası ilə təmizləmək səmərə verirmi?

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sosial şəbəkənin ayrı-ayrı seqmentlərində belə bir fikir tirajlanır ki, faraları diş fırçası və məcunu ilə sürtdükdə parlaqlıq artır, yol daha aydın görünür. Bəs bu fikir nə dərəcədə realdır?

Avtosfer.az xəbər verir ki, müasir faralar şüşdən deyil, xüsusi plastikdən hazırlanır. Bu material qəza zamanı az təhlükə yaratsa da, cızlmaya və xırda çatlara həssasdır.

Bəzi avtomobil sahibləri bu cızılmanı diş fırçası və məcunu ilə aradan qaldırmağın mümkünlüyünü iddia edirlər. Onların fikrincə, saatın siferblatını bu yolla təmizləmək mümkünsə, fara niyə olmasın? Reallıq isə başqadır.

Bu proseduru ilk dəfə etdikdə müəyyən nəticə almaq münkündür. Lakin, nəzərə alaq ki, faranın səthi daha böyükdür və zədələr daha dərindir. Ən əsası, fara mürəkkəb optik sistemdir və ehtiyatsız davranış onu korlaya bilər. 

Buna görə də, belə xırda, nəticəsi bəlli olmayacaq işə vaxt sərf etmək tövsiyə olunmur. Mağazalarda fara cilalamaq üçün xüsusi vasitələr satılır. Daha ciddi nəticə almaq, yaxud çox zədələnmiç faralarla bağlı işi peşəkarlara həvalə etmək lazımdır.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
avtosfer.az

1Mənbələr