AZ

BMT-nin yeni Yeni Şəhər Gündəliyi inklüziv, dayanıqlı və insan yönümlü şəhərlərin inkişafını nəzərdə tutur - Anaklaudiya Rossbax

BMT-nin yeni Yeni Şəhər Gündəliyi inklüziv, dayanıqlı və insan yönümlü şəhərlərin inkişafını nəzərdə tutur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılışına həsr olunmuş rəsmi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyi (New Urban Agenda) 2016-cı ildə Kitoda keçirilmiş Habitat III konfransında Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən razılaşdırılmış qlobal öhdəlikdir.

O qeyd edib ki, cari ildə BMT-yə üzv dövlətlər Baş Assambleya çərçivəsində son on ildə əldə olunmuş nəticələri nəzərdən keçirir, həmçinin növbəti onillik üçün atılacaq addımları müzakirə edirlər.

"Yeni Şəhər Gündəliyi insanların və ətraf mühitin maraqları naminə planlaşdırılan, inklüzivliyə və "heç kəsi kənarda qoymamaq" prinsipinə əsaslanan şəhərlərin inkişafını nəzərdə tutur", - deyə o bildirib.

Onun sözlərinə görə, sənəddə qeyri-rəsmi yaşayış məntəqələrinin şəhərsalma planlaşdırılmasına inteqrasiyasına və bu ərazilərin həm ehtiyaclarını, həm də imkanlarını nəzərə alan siyasətin hazırlanmasına xüsusi diqqət yetirilir.

UN-Habitat-ın icraçı direktoru qeyd edib ki, Yeni Şəhər Gündəliyi çərçivəsində mənzil məsələsi şəhər siyasətinin əsas elementi kimi nəzərdən keçirilir.

Seçilən
7
day.az

1Mənbələr