Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Ümumdünya Şəhərsalma Forumunda şəhərsalma sahəsində əldə edilmiş razılaşmaların icrası üçün konkret plan lazımdır.
"Report" xəbər verir ki, bu barədə Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, UN-Habitat Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə bildirib.
Assambleya rəhbəri yüksək səviyyəli görüşlərin praktiki nəticələrinin vacibliyini vurğulayıb.
Assambleya rəhbəri ali səviyyəli görüşlərin praktiki nəticələrinin vacibliyini vurğulayıb: "Biz bəşəriyyətin ən yaxşı zəkalarını bir araya gətirmişik və aydın "Bakı Fəaliyyət Çağırışı"nı işləyib hazırlamağa borcluyuq. Forumun yalnız gözəl şüarlarla məhdudlaşmasına yol vermək olmaz. Nəzərəçarpacaq nəticələrə nail olmaq üçün əldə edilmiş razılaşmaların icrasına dair konkret plan tələb olunur. Bu il Yeni Şəhər Gündəliyinin qəbul edilməsinin 10 ili tamam olur. Dünya böyük yol keçib, lakin qarşıda hələ çox iş var".
O xatırladıb ki, Yeni Şəhər Gündəliyi 20 illik dövr üçün nəzərdə tutulub: "Bu gün biz yolun yarısındayıq və bizim hələ 10 ilimiz var. 2036-cı ilə qədər biz bu proqramla nəzərdə tutulmuş bütün məqsəd və vəzifələri tam icra etməyə borcluyuq. Hazırkı məqamda əsas vəzifə bütün üzv dövlətlər arasında mütləq konsensusa nail olmaqdır".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.