AZ

Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycan şagirdlərinin növbəti uğuru - FOTO

Dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edən şagirdlər yüksək nailiyyət əldə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.

Belə ki, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli müsabiqədə bürünc medal qazanıblar.

Eyni zamanda, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Səlman Sadıxzadə xüsusi mükafata layiq görülüblər.

Qeyd edək ki, beynəlxalq müsabiqə 9-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Feniks şəhərində keçirilib.

 

2222
Seçilən
3
7
redaktor.az

8Mənbələr