AZ

 “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi və “NielsenIQ” beynəlxalq şirkəti Azərbaycanda tədarükçülərlə əməkdaşlığın məlumat əsaslı texnologiyalar və biznes analitikası vasitəsilə inkişaf etdirilməsinə yönəlmiş strateji tərəfdaşlığa start verib. Bununla da “Araz” supermarketlər şəbəkəsi “NielsenIQ” tərəfindən dəstəklənən BES Tədarükçü Əməkdaşlıq Platformasını tətbiq edən Azərbaycanda ilk pərakəndə satış şəbəkəsi olub.

Əməkdaşlıq çərçivəsində “Araz” supermarketlər şəbəkəsi rəsmi olaraq “NielsenIQ BES Tədarükçü Əməkdaşlıq Platforması”nı istifadəyə verib. Platforma tədarükçü və brendlərə satış, stok göstəriciləri, çeşid performansı, kampaniya nəticələri, loyallıq dinamikası, alıcı davranışları və məhsul çatışmazlığı riskləri üzrə gündəlik yenilənən analitik məlumatlara çıxış imkanı yaradır.

Platforma istehsalçılara kommersiya, marketinq və kateqoriya idarəçiliyi üzrə daha sürətli və əsaslandırılmış qərarlar qəbul etmək imkanı yaradır. Həmçinin, gündəlik tranzaksiya analitikası, süni intellekt əsaslı biznes göstəriciləri və birgə qərarvermə imkanları ilə fərqlənir.

Yeni platformanın rəsmi təqdimat tədbirində 70-dən çox aparıcı brend və istehsalçı iştirak edib. Görüş zamanı bildirilib ki, “NielsenIQ BES Tədarükçü Əməkdaşlıq Platforması”nın tətbiqi “Araz”ın tədarükçülərlə əməkdaşlıq modelində yeni mərhələnin başlanğıcıdır. Bu yenilik brendlərə bazar trendlərini daha dərindən anlamağa, məhsul performansını izləməyə, kampaniyaların nəticələrini qiymətləndirməyə və müştəri davranışlarına əsaslanan daha effektiv strategiyalar qurmağa imkan verir.

Qeyd edək ki, “NielsenIQ” istehlakçı davranışlarını dərindən təhlil edən və bizneslər üçün yeni inkişaf imkanları yaradan aparıcı istehlakçı analitikası şirkətidir. Şirkət qabaqcıl analitika həllərini geniş pərakəndə satış və istehlakçı məlumatları ilə birləşdirərək tərəfdaşlarına daha düzgün biznes qərarları qəbul etməyə kömək edir.

Seçilən
1
10
bakivaxti.az

10Mənbələr