AZ

Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində xüsusi liderlər sessiyası təşkil olunub.

APA-Economics” xəbər verir ki, bunu WUF13-ün açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

“Bu gün keçirilən liderlər sessiyası şəhərlərin gələcəyi ilə bağlı ortaq baxışın formalaşdırılması üçün unikal imkan yaradır”, – deyə Anar Quliyev qeyd edib.

Onun sözlərinə görə, bu ilki forum tarixi bir mərhələdir: "Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə olaraq Azərbaycan Respublikasının təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiya keçirilir".

Anar Quliyev bildirib ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də mühüm məsuliyyətdir.

O qeyd edib ki, forum qlobal şəhər siyasətinin təşviqi, tərəfdaşlıqların gücləndirilməsi, Yeni Şəhər Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının dəstəklənməsi üçün əsas beynəlxalq platformadır.

Seçilən
14
5
apa.az

6Mənbələr