AZ

Şorayla ​10 saat taksidə olan sürücü danışdı

Türk kino sənətinin əfsanəvi siması Türkan Şoray ilə bağlı maraqlı hadisə gündəm olub. Məşhur aktrisa Londonda 10 saat taksi ilə gəzəndən sonra səhnəyə çıxıb. Metbuat.az xəbər verir ki, İngiltərədə 10 saat taksi ilə səyahətb edən sənətçi yorğun olmağına baxmayaraq, səhnədə bir neçə mahnı ifa edib. Onun bu davranışı ən çox taksi sürücüsünü heyrətləndirib. “Belə məşhur xanımla 10 saat bir yerdə olmaq mənim üçün böyük şansdır. Özümü xoşbəxt hiss edirəm. Çox sadə və təvazökar qadındır. Bir dəfə də sözümdən çıxmadı. Mən yoruldum, o yorulmadı. Üstəlik, bu qədər gəzintidən sonra səhnəyə çıxıb canlı mahnı ifa etdi. Ona heyranam”, - taksi sürücüsü belə deyib.

Bu hadisə sosial mediada da geniş müzakirələrə səbəb olub və Türkan Şorayın həm sənətinə, həm də insanlığına dair müsbət rəylər paylaşılıb.

Seçilən
26
metbuat.az

1Mənbələr