AZ

Ötən il komitəyə insan alveri ilə bağlı 165 müraciət daxil olub - Rəsmi

2025-ci ildə Azərbaycanda sığınacaq tələbi ilə bağlı 168, intihar düşüncələri və intihara cəhdlə bağlı isə 76 müraciət qeydə alınıb. Bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il hesabatında qeyd olunub.

Hesabata əsasən, insan alveri ilə bağlı ümumilikdə 165 müraciət daxil olub. Bunlardan 60-ı erkən nikah, 54-ü insan alveri riski və ehtimalı, 44-ü diləndirmə, 7-si isə əmək istismarı ilə bağlı olub.

Məlumatda qeyd edilir ki, müraciətlər əsasən sosial müdafiə, psixoloji dəstək və hüquqi yardım istiqamətlərini əhatə edib.

Gülnar Nazimqızı

Seçilən
3
1
anews.az

2Mənbələr