AZ

İki məşhur müğənni arasında QALMAQAL: "Saxta olduğunu anladıq..."

Türk pop musiqisinin tanınmış simaları Sezen AksuNazan Öncel arasında münasibətlərin gərginləşdiyi iddia olunur.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ötən ilin aprel ayında “Erkekler de Yanar” mahnısı üçün birlikdə duet ifa edən iki sənətçi ilə bağlı diqqət çəkən açıqlama gəlib.

Konsert verən Nazan Öncel çıxışı zamanı dostluqlarla bağlı sərt fikirlər səsləndirib.

Sənətçi bildirib:

“Bu dövrdə dostluqların da yalan və saxta olduğunu anladıq. Bu yaxınlarda “Erkekler de Yanar” mahnısını oxuduq, duet etdik. İnsanlar ya olduqları kimi görünməli, ya da göründükləri kimi olmalıdırlar”.

Öncelin bu sözləri sosial şəbəkələrdə və Türkiyə mediasında birbaşa Sezen Aksuya ünvanlanmış mesaj kimi şərh olunub.

Qeyd edək ki, illərdir yaxın dost olduqları bilinən iki sənətçi arasında münasibətlərin pozulması ilə bağlı Sezen Aksu tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Seçilən
11
musavat.com

1Mənbələr