AZ

Pakistan Səudiyyə Ərəbistanına 8 min əsgər və qırıcı təyyarə göndərib

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Pakistan müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində bir qırıcı eskadronu, 8 min hərbi qulluqçu və HHM (Hava Hücumundan Müdafiə) sistemi yerləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, İslamabad krallığa Çin və Pakistanın birgə istehsalı olan təxminən 16 ədəd "JF-17 Thunder" qırıcısı, 2 dron eskadronu, həmçinin Çin istehsalı olan "HQ-9" HHM sistemi göndərib. "Reuters"in mənbələri iddia edir ki, bütün texnikaya Pakistan hərbçiləri tərəfindən xidmət göstərilir, əməliyyatın maliyyələşdirilməsini isə Ər-Riyad həyata keçirir.

Agentliyin qeyd etdiyi kimi, qüvvələrin yerləşdirilməsi İran ətrafındakı münaqişə fonunda baş verir; eyni zamanda, Pakistan Tehran və Vaşinqton arasındakı danışıqlarda əsas vasitəçilərdən biri kimi çıxış edir.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
icma.az

3Mənbələr