AZ

Ukrayna idarə olunan hava bombası yaradıb - Nazir açıqladı

Ukrayna ilk idarə olunan hava bombasını hazırlayıb.

"Unikal" xəbər verir ki, bu barədə müdafiə naziri Mixaylo Fedorov məlumat verib.

Onun sözlərinə görə, layihənin hazırlanması 17 ay çəkib və sursat ukraynalı mühəndislər tərəfindən "Brave1" layihəsinin bir hissəsi olaraq yaradılıb. Bomba artıq sınaqdan keçirilib və döyüş istifadəsinə hazırdır.

Bombanın mənzili onlarla kilometr, döyüş başlığı isə 250 kq-dır. Nazir bildirib ki, Ukrayna Müdafiə Nazirliyi artıq ilk eksperimental partiyanı əldə edib. Pilotlar hazırda döyüş ssenarilərini tətbiq edir və yeni silahı real münaqişə şəraitinə uyğunlaşdırırlar.

Seçilən
12
1
unikal.az

2Mənbələr