AZ

Qırğızıstan daha iki şəhərdə tullantıların emalı zavodu tikəcək

BAKI, 18 may. TELEQRAF

Qırğızıstanın Qaragöl və Oş şəhərlərində tullantıların emalı zavodu tikilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlərin Bəyanatı zamanı bildirib.

O xatırladıb ki, ötən ilin sonunda Bişkekdə Mərkəzi Asiyada ilk tullantıların emalı zavodu istifadəyə verilib:

“Zavod ildə 365 min tona qədər tullantını emal etmək və 30 meqavata qədər elektrik enerjisi istehsal etmək gücünə malikdir. Müqayisə üçün qeyd edim ki, əvvəllər eyni həcmdə elektrik enerjisi istehsalı üçün ildə təxminən 60 min ton kömür tələb olunurdu və bu da atmosferə 100 min tona yaxın karbon qazının buraxılması ilə nəticələnirdi”.

Seçilən
10
teleqraf.com

1Mənbələr