AZ

Qırğızıstan Prezidenti dağ şəhərlərinin beynəlxalq assosiasiyasının yaradılmasını təklif edib

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov dağ şəhərlərinin beynəlxalq assosiasiyasının yaradılmasının nəzərdən keçirilməsini təklif edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Prezident bu təşəbbüslə bazar ertəsi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində liderlərin bəyanatı zamanı çıxış edib.

"Dağ şəhərlərinin inkişafının xüsusi aktuallığını, eləcə də bu sahədə təcrübə və ekspertizamızı nəzərə alaraq, dağ şəhərlərinin beynəlxalq assosiasiyasının yaradılmasını nəzərdən keçirməyi təklif edirik. Ümid edirik ki, assosiasiya qabaqcıl təcrübə mübadiləsi və dağ şəhərlərinin dayanıqlı inkişafına yönəlmiş birgə tədqiqat layihələrinin həyata keçirilməsi üçün platformaya çevriləcək", - deyə Sadır Japarov bildirib.

Qırğızıstan Prezidentinin sözlərinə görə, ölkəsi assosiasiyanın baş-qərargahının Bişkekdə fəaliyyət göstərməsinə hazırdır.

Seçilən
3
day.az

1Mənbələr